“Azərbaycanın görməli yerləri” seriyasından: Bakıdan olan müştərimiz Ramana Qalanın yanında foto göndərdi.
Ramana qalasının XIII-XIV əsrlərə aid olduğu qeyd edilsə də, abidənin dəqiq tarixi məlum deyil. Həmçinin, qalanın kim tərəfindən, nə üçün inşa edildiyi də bilinmir. Qalanın daş kitabəsinin itməsi onun haqqında məlumatlar əldə etməyi çətinləşdirib. Tikilinin XIII-XIV əsrlərə aid edilməsi təsadüfi deyil. Belə ki, həmin dövrdə Abşeronda silsilə qalalar ucaldılırdı. Buna Mərdəkan və Nardarandakı qalaları, eləcə də, Qız qalasını misal göstərmək olar.
Azərbaycanın görməli yerləri ilə maraqlanırsınız? Turizm agentlikləri ilə əlaqə yaratmağa ehtiyac yoxdur – MAŞINLARIN İCARƏSİ sifariş edin və menecerlərimiz sizə ən yaxşı marşrutun seçilməsi ilə bağlı məsləhətlər verəcəklər.