skip to Main Content

“Azərbaycanın görməli yerləri” seriyasından: BƏƏ-dən olan müştərimiz Bibiheybət Məscidinin (Bakı) yanında bir foto göndərdi.

Bibiheybət məscidi Bakıdan 4-5 km aralıda, Xəzər dənizinin sahilində yerləşir. Burada VII İmamımız Həzrəti Museyi-Kazımın (ə) qızı Həzrəti Həkimə xanımın, imamın iki oğlan və bir qız nəvəsinin məzarı yerləşir. Bu tarixi dini-memarlıq abidəsi XIII əsrdə Şirvanşah II Fərruxzad ibn Axsitan tərəfindən inşa etdirilib.

1934-cü ildə bu ziyarətgah dinamitlə partladılıb.Lakin müstəqillikdən sonra Bibiheybət məscidi yenidən bərpa olunub.Məscidin yenidən bərpa olunmasını Ümumilli lider Heydər Əliyev öz üzərinə götürür. Məscidin bərpasına 1998-ci ildən başlanılıb. 2008-ci ilin iyulun 12-də Bibiheybət məscidinin açılışı oldu. Beləliklə Bibiheybət məscid-ziyarət kompleksi yerli insanların və həmçinin xarici zəvvarların ziyarət etdiyi Əhli-Beyt nişanəsi kimi bügün də diqqət mərkəzindədir!.

Azərbaycanın görməli yerləri ilə maraqlanırsınız? Turizm agentlikləri ilə əlaqə yaratmağa ehtiyac yoxdur – MAŞINLARIN İCARƏSİ sifariş edin və menecerlərimiz sizə ən yaxşı marşrutun seçilməsi ilə bağlı məsləhətlər verəcəklər.

shares