skip to Main Content

“Azərbaycanın görməli yerləri” seriyasından: Hindistandan olan müştərimiz Azərbaycan Xalça Muzeyinin (Bakı) yanında bir foto göndərdi.

Azərbaycan Xalça Muzeyi açıldığı dövrdə (1967) dünyada belə tipli muzeylər arasında yeganə idi. Azərbaycan Xalça Muzeyi, ölkənin bütün rayonlardan toplanmış milli ornamentlərlə bəzədilmiş müxtəlif xalçaçılıq texnikalar vasitəsilə hazırlanmış çoxsaylı xalçaları təqdim edir.

Zəngin xalçalar kolleksiyasına əlavə olaraq, Xalça Muzeyinin fərqləndirici cəhətlərindən biri də qatlanmış xalça formasında inşa edilməsidir. Bu bina 2014-cü ildə avstriyalı memar Frans Yansın rəhbərliyi ilə yaradılıb və bu gün  müasir Azərbaycanın ən gözəl binalarından biri hesab olunur.

Azərbaycanın görməli yerləri ilə maraqlanırsınız? Turizm agentlikləri ilə əlaqə yaratmağa ehtiyac yoxdur – MAŞINLARIN İCARƏSİ sifariş edin və menecerlərimiz sizə ən yaxşı marşrutun seçilməsi ilə bağlı məsləhətlər verəcəklər.

shares